BaşlıcaİctimaiyyətSiyasət

Azərbaycan hakimiyyətləri bütün kəndlərimizə dəymiş ziyanı ödəməlidir: Arman Tatoyan

ER İnsan Hüquqları Müdafiəçisi Arman Tatoyan öz Facebook səhifəsində iki sənəd yayımlayıb, bunlardan biri Kapandakı Davit Bek kənd sakininin dağıdılmış bağına dəyən ziyanın hesablanması, digəri isə Vardenis sakininin torpaq sahəsinin icarə müqaviləsidir, ancaq kənd sakini artıq o imkandan məhrumdur.

“Sənədlər Azərbaycan silahlı qüvvələrinin qeyri-qanuni mövcudluğu səbəbindən Syunik, Geğarkunik bölgələrinin sakinlərinin mülkiyyət və sosial təminatlarının digər qanuni hüquqlarının pozulduğunu sübüt edən nümünələrdir. Azərbaycan rəhbərliyi məsuliyyət daşımalı  və bütün kəndlilərimizə dəymiş ziyan üçün kompensasiya verməlidir.

Ciddi təhlükəsizlik təhdidlərinə əlavə olaraq insanların normal və dinc həyatını pozduqları, ailə gəlirləri qazanma imkanlarından məhrum etdikləri üçün onlara kompensasiya verilməlidir. Bu məsələlər bir daha sübüt edir ki,sərhəd məsələləri sərhəd sakinlərinin hüquqlarını nəzərə alınmadan müzakirə olunmamalıdır.  Siyasi mexanizm nə olursa olsun, insan hüquqları nəzərə alınmırsa, uğur qazana bilməz.

Bütün fürsətlərdən istifadə etməliyik, pozulmuş hüquqların bərpasına ardıcıl addımlarla nail olmalıyıq. Cəzasızlıq daha ciddi pozuntuların təkrarlanma riskini real edir”- deyə o yazıb.

Daha çox göstər
Back to top button