
Bu il sentyabrın 16-da Ermənistan KTMT-yə sədrliyi üzərinə götürəcək. Bu barədə ER Parlamentinin deputatı Ruben Rubinyan bildirdi. O qeyd etdi ki, KTMT yaranmış vəziyyətə müvafiq qiymət verməlidir.
“Beynəlxalq ictimaiyyət regional sabitliyi pozmağa çalışan Azərbaycanın bu hərəkətlərinə layiqli cavab verməlidir. 12 may hadisələrindən sonra KTMT-də bir proses var və əlimizdə olan vasitələrdən istifadə etməyə davam edəcəyik. Hesab ediriki ki, KTMT bu vəziyyətlərə layiqli cavab verməlidir, çünki bu, KTMT-nin öhdəliyidir”,- deyə o qeyd etdi.







