BaşlıcaSiyasət

Ruben Rubinyan Fransa səfirinin açıqlamasına reaksiya verib

ER Parlamentinin sədrinin müavini Ruben Rubinyan jurnalistlərlə keçirdiyi brifinqdə Fransanın Ermənistandakı səfirinin bəyanatına toxunub:

“Fransa səfirinin dediklərini düzgün başa düşürəmsə, ona sual verildi, Ermənistan hərbi məsələ ilə bağlı müraciət etsə nə edərdin? Onun cavabı idi, düşünəcəyik. Normal bir cavabdır, güman edirəm ki, hər hansı bir ölkənin səfirinə belə bir sual verilsəydi, dost ölkələrimizin bütün səfirləri belə cavab verərdilər. Bizə Fransa da daxil olmaqla bizə dəstək vərən beynəlxalq tərəfdaşlarımızın dəstəyini yüksək qiymətləndiririk. Ancaq hərəkətlərimiz fərqli situasiyalarla əlaqədardır. Xarici siyasət üslubumuz, bir ölkə ilə başqa bir ölkənin hesabına əlaqələr qurmaq niyyətində deyilik”,- deyə o qeyd edib.

Ruben Rubinyan Ermənistanın BMT Təhlükəsizlik Şurasına nə vaxt müraciət edəcəyi məsələsinə də toxunub. Onun sözlərinə görə, BMT Təhlükəsizlik Şurasında qərarlar konsensus əsasında qəbul edilir. “Başqa sözlə, konsensusa ehtiyac var, bu o deməkdir ki, hər hansı bir ölkə hər hansı bir məsələ ilə bağlı BMT Təhlükəsizlik Şurasına müraciət etmək istəyirsə, uyğun bir atmosfer təmin edilməlidir, əks halda bunun mənası yoxdur. Əlavə olaraq, siyasi və xarici siyasi məqsədəuyğunluğu məsələsi var. Belə bir ehtiyac olarsa, uyğun bir atmosfer təmin edildikdən sonra addımlar atılacaq”,- deyə Ruben Rubinyan bildirib.

Daha çox göstər
Back to top button