Başlıcaİctimaiyyət
Covid-19-a qarşı vasksinasiyaları ilə bağlı maraq artır

Ermənistanın səhiyyə naziri Anahit Avanesyan Ermənistandakı epidemiya vəziyyətini təqdim etdi.
Nazir qeyd etdi ki, “delta” suşu daha təhlükəlidir.
“Hazırda ehtiyacı olan vətəndaşları xəstəxanaya yerləşdiririk. Növbəmiz yoxdur. Təbii ki, bu ümumi sistemdə çox gərginlik yaradır. Bilirik ki, payızda ümumi xəstəliklər artır”,- nazir qeyd etdi.
Nazir bildirdi ki, Ermənistanda vaksinasiyaların sayı 293.955-ə çatdı. Gündə 6 mindən çox peyvənd edilir.
“Son gündə 6200 -dən çox peyvənd aparılıb. Biz maraq axını görürük “,- nazir bildirdi.







