BaşlıcaTəhlil

Türkiyə qoşunlarını “Azərbaycandan” çıxarır? beynəlxalq tribunalın xəyalı

Azərbaycan mətbuatı yazır ki, türk qoşunları Azərbaycandan çıxarılır. Bu, “Qarabağ müharibəsinə verdiyi töhfəyə görə” türk pilotların mükafatlandırma mərasimini dolayısı ilə təsdiqləyir.

“Biz bu döyüşü danışıqlar masasında deyil, döyüş meydanında qazandıq. Mən dəfələrlə demişəm ki, bütün bəyanatlara baxmayaraq, bu münaqişənin hərbi həlli var “…” və  bu gün bunu sübut etdik”- deyə Əliyev qeyd edib.

Əslində Bakı 1994 -cü il müddətsiz atəşkəs rejimini pozduğunu, eyni zamanda siyasi məsələlərin güc yolu ilə həll edilməsini istisna etdiyininə dair beynəlxalq hüququn əsas prinsiplərindən birini pozduğunu  etiraf edir. Beynəlxalq normaları pozan və müharibədə iştirak edən Türkiyə də bu məsələdə Bakıya kömək edib.

Lragir.am yazır ki, bu, beynəlxalq məhkəmədə müzakirə məsələsi ola bilər.

Nikol Paşinyan Artsax Respublikasının elan olunmasının 30 -cu ildönümü münasibətilə göndərdiyi mesajda qeyd edib ki, 2020-ci ildə Azərbaycan “münaqişəni güc yolu ilə həll etmək məqsədini güdərək” Artsax Respublikasına qarşı müharibəyə başladıb”.  Mesajda deyilir: “Bu müharibə, düşmənin bütün səylərinə baxmayaraq, məqsədinə çatmadı”.

Ermənistanın Konstruktiv Partiyasının lideri Andrias Ğukasyanın sözlərinə görə, “Fransa və ABŞ düşünür ki, sözdə Lavrov planı həyata keçirilə bilməz, çünki gücə tədbiq olunub”.

ATƏT-in Minsk Qrupunun keçmiş rusiyalı həmsədri Vladimir Kazimirov deyir ki, Əliyev bir gün 1994-cü il atəşkəsin pozulması və müharibədə Türkiyənin iştirakına görə cavab verməlidir. “Günahkar demək olar ki, hamıya aydındır. Azərbaycanın lideri İlham Əliyev! Bu dəfə qanuna deyil, həm ATƏT-in Minsk Qrupu, həm də BMT tərəfindən tanınan iki ölkə arasındakı münasibətlərin açıq normasına məhəl qoymadı. Sülh ilə müharibə arasında incə bir xətt olaraq atəşkəs sənədi xüsusi qayğı tələb edir. Bu, yalnız mühüm deyil, demək olar ki, müqəddəsdir. Dağlıq Qarabağa hücumu vətənpərvərlik müharibəsi adlandırmaq ayıb deyilmi?”,-Kazımirov bildirib.

“Dünyadakı siyasi vəziyyəti izləyirdik, beynəlxalq hüququn necə işləmədiyini gördük. Güc əsas amil oldu. Beynəlxalq hüquq, BMT Təhlükəsizlik Şurasının qətnamələri kağız üzərində qaldı. Münaqişənin hərbi yolla həlli qaçılmaz oldu”- deyə Əliyev 2020-ci ilin dekabrında bildirib.

Əliyev müharibə cinayətlərinə görə cavab verməli olduğunu bilir. Hətta “sülh müqaviləsi” imzalamaq da ona kömək etməyəcək.

Daha çox göstər
Back to top button