
Artsax Respublikasının Prezidenti Arayik Harutyunyan Martuni rayonunun Berdaşen və Aşan kənd icmalarını ziyarət edib.
Səfər zamanı dövlət başçısı 2020-ci ildə Azərbaycanın Artsaxa qarşı başlatdığı müharibədə həlak olanların qohumları ilə görüşərək onlara həlak olanların yüksək dövlət mükafatlarını verib.
“Qəhrəman döyüşçülərimizin qəhrəmanlığı sayəsində Vətənimizin bir hissəsini xilas edə bildik, bu gün vətəndə yaşamaq və yaratmaq imkanı əldə etdik. Buna görə də, biz vətənimizi inkişaf etdirməliyik və gələcək nəsillərə vətənpərvərlik ruhunda tərbiyə edərək layiqli bir gələcək qurmalıyıq”,- deyə Prezident vurğuayıb.
Arayik Harutyunyan həlak olan qəhrəmanların ailələrinə dərin minnətdarlığını bildirib və əmin edib ki, dövlət hər zaman canlarını vətənə fəda edən döyüşçülərin ailələrinin yanında olacaq.







