ArtsaxBaşlıca

Hikmət Hacıyev Qarabağda Rusiya sülhməramlılarınınmandatının hüquqi mexanizmləri ilə bağlı müzakirələrdən danışıb

Azərbaycan prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Hikmət Hacıyev bəyan edib ki, sülhməramlıların mandatı ilə bağlı əlavə hüquqi mexanizmlər  barədə müzakirələr hələ davam edir. BBC-ə verdiyi müsahobədə Hacıyev bildirib ki, Qarabağda Rusiya sülhməramlılarının fəaliyyəti və əməliyyatları Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatına əsasən həyata keçirilir.

Hacıyevin sözlərinə görə, 10 noyabr üçtərəfli bəyanata sülhməramlılar üçün “siyasi və müəyyən dərəcədə hüquqi çərçivə” yaradıb.

“Sülhməramlıların mandatına dair əlavə razılaşmalara, əlavə hüquqi mexanizmlərə gəlincə, bu mövzuda tərəflər arasında ilkin təmaslar olub, bəzi mübahisələr hələ də davam edir”- deyə Hacıyev bildirib.

Daha çox göstər
Back to top button