
Erməni tərəfində Azərbaycanın Müdafiə Nazirliyi, Milli Təhlükəsizlik Xidməti və Ədliyyə Nazirliyi əməkdaşlarının erməni əsirlərə işgəncə verilməsi prosesində iştirak etdiklərinə dair ciddi sübut bazası var.
Erməni əsirlərə işgəncə verməkdə iştirak edən Azərbaycan təhlükəsizlik qüvvələrinin əməkdaşlarının cinayət məsuliyyətinə cəlb oluna biləcəyi beynəlxalq hüquqi mexanizmlər mövcuddur.
Bunu AİHM-də Azərbaycanda saxlanılan erməni əsirlərinin maraqlarını təmsil edən hüquq müdafiəçisi Siranuş Sahakyan mətbuat konfransı zamanı deyib.
Qeyd edək ki, ER İnsan Hüquqları Müdafiəçisi Arman Tatoyan və hüquq müdafiəçisi Siranuş Sahakyan erməni əsirlərin hüquqlarının kobud şəkildə pozulmasına görə Azərbaycan dövlətinin məsuliyyətindən bəhs edən ingilis dilində xüsusi hesabatın detallarını təqdim ediblər.
Sahakyanın sözlərinə görə, Ermənistan tərəfinin Azərbaycan Müdafiə Nazirliyi, Milli Təhlükəsizlik Xidməti və Ədliyyə Nazirliyi əməkdaşlarının əsirlərə işgəncə verməsində iştirak etdiyinə dair ciddi sübut bazası var.
Hüquq müdafiəçisi Azərbaycan rəhbərliyinə qarşı siyasi məsuliyyət alətlərindən istifadə etməkdə də maraqlıdır. Sahakyan əmindir ki, düzgün reaksiya olarsa, Azərbaycana qarşı sanksiyalar tətbiq oluna bilər.







