Başlıcaİctimaiyyət

Ermənistran koronavirus üzrə “qırmızı zonaya” daxil olunub

Avropa İttifaqı Ermənistanı COVID-19-a yoluxma hallarının kəskin artması səbəbi ilə Aİ standartlarına uyğun olaraq epidemioloji təhlükənin yüksək olduğu “qırmızı zona” siyahısına əlavə edib.

Bu barədə Ermənistanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirlikdən bildirilib ki, bu, Ermənistan vətəndaşlarının Aİ-yə girişinə dair məhdudiyyətlərin sərtləşə biləcəyi anlamına gəlir.

Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzi (ECDC) COVID-19 ilə bağlı vəziyyəti, yeni halların sayını və peyvəndlərin səviyyəsini nəzərə alaraq hər iki həftədə bir epidemioloji cəhətdən təhlükəsiz ölkələrin siyahısını yeniləyir.

Daha çox göstər
Back to top button