
Bu problem bir aydan çoxdur davam edir, mobil əlaqə və internet qapantılarla işləyir. Bu haqdaArtsax Respublikası İnsan Hüquqları müdafiəçisi Geqam Stepanyan, sentyabrın 9-da jurnalistlərçün keçirdiyi brifinqdə qeyd edib.
“Həm Qarabağ Telekom, həm də Regional İdarəetmə və İnfrastruktur nazirliyindən verilən açıqlamalar göstərir ki, Azərbaycan tərəfi Artsax ərazisində mobil internetin yayılmasını susdurmaq üçün xüsusi texniki vasitələrdən istifadə edir.
G. Stepanyana görə Artsaxda çox ciddi enerji təhlükəsizliyi problemləri yarana bilər.
“Müntəzəm elektrik enerjisinin kəsilməsi, Artsaxın bu gün əsasən Sərsəng su anbarı yaxınlığında tikilmiş HES -dən istifadə etməsi ilə əlaqədardır ki, onun gücü bütün Artsax ərazisini elektrik enerjisi ilə təmin etmək üçün kifayət etməyəcək.
Əgər enerji təhlükəsizliyi təmin etmək üçün qətiyyətli addımlar atılmazsa olduca ciddi problemlərlə toquşacağıq.Bu problem hökumətə tanışdır.Yeni proramlar həyata keçirilməsi yolunda işlər aparılr” – deyərək Artsaxın İHM qeyd edib.
O, Stepanakertdəki mənzil problemlərinin ciddi olduğunu da bildirdi. “Müharibədən əvvəl də problem var idi, indi daha ciddidir. İşğal olunmuş ərazilərin bəzi sakinləri mehmanxanalarda , yataqxanalarda, insanlar sanitar -gigiyenik şəraitin təmin olunmadığı az -çox səliqəli zirzəmilərdə yaşayırlar.
Eyni zamanda mənzil məsələsi bir nömrəli problemdir”.
Geğam Stepanyan, Artsaxın daha çox taxıl əkini üçün istifadə olunan əkinçilik torpaqlarının 60% -ni itirdiyini də söylədi.
“Hazırda çörək problemimiz yoxdur. Artsax Respublikasının Hüquq müdafiəçisi Ermənistanla əlaqəmiz var. Əgər belə problemlər varsa, onları Ermənistan vasitəsilə həll etmək olar”- deyərək o, bildirib.







