
Artsax Respublikasının Prezidenti Arayik Harutyunyan sentyabrın 12-də işgüzar səfərlə Martakert rayonuna gedib.
Dövlət başçısı müşaivrə keçirib və təhsil, inşaat və kənd təsərrüfatı proqramlarının prosesini müzakirə edib. O, mövcud problemlərlə maraqlanıb və onların həlli ilə bağlı bir sıra tapşırıqlar verib.
Mənzil probleminə toxunan Arayik Harutyunyan vurğulayıb ki, Martakert şəhərində yeni çoxmənzilli binalar inşa olunacaq, rayonun əhalisinin sayının artması isə hökumətin proqramında önəmli yer tutur.
Prezidentin sözlərinə görə, suvarma şəbəkəsinin bərpası və tikintisi üçün böyük vəsait ayrılacaq.
Respublika Prezidenti Martakertə bitişik tarlaları və üzüm bağlarını da ziyarət edib.







