
Prezident Armen Sarkisyan ABŞ -da baş verən terror aktının 20 -ci ildönümü münasibətilə Amerika Birləşmiş Ştatlarının Prezidenti Co Baydenə mesaj göndərib.
Prezident Sarkisyanın mesajında xüsusi olaraq deyilir:
“Birləşmiş Ştatlarda 9/ 11 terror hücumundan artıq 20 il keçib. 3 mindən artıq amerika erməniləri də daxil olmaqla insanlar tələf oldu,10 000-dən artığı isə müxtəlif xəsarətlər almışdır.
Qəlbimiz hələ də günahsız qurbanlar üçün ağrıyır.Biizm dualarımız isə sağ qalanlar və onların ailələri üçün səslənməkdədir.
Ermənistan bütün terror aktlarını və insan dəyərlərin tapdalanmasını qətiyyətlə pisləyir. Azadlıq və sülh ideyalarını müdafiə etmək naminə biz Amerika xalqıyla yan-yanaşıyıq.
Bütün tarix ərzində əzab və faciələr ölkəmizin taleyi olub.Biz bilirik ki, həmin ağrı nə dərəcədə dözülməzdir.Əminik ki, bütünsivil xalqlarla birlikdə şərə və terror qarşı mübarizə apara bilərik.
Terrorizm və digər zərərverici əməliyyatlar bizim dünyada mövcud olmamalıdır Ermənistan artıq beynəlxalq mübarizəni dəstəkləmək öhdəliyini nümayiş etdirmişdir.
Ümumi tarix, dəyərlər və baxışlar iki ölkə arasındakı əlaqələri gücləndirmək və əməkdaşlığı dərinləşdirmək üçün möhkəm bir zəmin yaradır.
Erməni-amerikan münasibətləri həmişə qarşılıqlı hörmətə, fikirləri bölüşməyə və daha firavan bir gələcəyə möhkəm inama əsaslanıb”.







