
Tacikistanın paytaxtı Düşənbədə KTMT Xarici İşlər Nazirləri Şurası, Müdafiə Nazirləri Şurası və Təhlükəsizlik Şuraları Katibləri Komitəsinin birgə iclası çərçivəsində Ermənistanın və Rusiyanın Təhlükəsizlik Şuralarının katibləri Armen Grigoryan və Nikolay Patruş görüşüblər.
İki ölkənin Təhlükəsizlik Şurasının katibləri Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər. Armen Grigoryan rusiyalı həmkarına may ayından etibarən Ermənistanın suveren ərazisinin Syunik və Geğarkunik bölgələrinin bəzi hissələrində Azərbaycan silahlı qüvvələrinin zorla daxil olması nəticəsində yaranan vəziyyəti təqdim edib. O qeyd etdi ki, Ermənistan ərazisinə təcavüzün hər hansı bir təzahürü qəbuledilməzdir. ER Təhlükəsizlik Şurasının katibi əlavə etdi ki, Ermənistan Ermənistan-Azərbaycan sərhədinin demarkasiya və delimitasiya prosesinə başlamağa hazırdır.
Hər iki tərəf regioda kommunikasiyaların açılması prosesinin vacibliyini vurğulayıb.
Görüşün əsas məsələlərindən biri Azərbaycanda əsirlikdə olan erməni hərbi əsirlərin, girovların və saxlanılan digər şəxslərin məsələsi idi.
Armen Grigoryan bir daha vurğuladı ki, 2020-ci ilə görə 9 noyabr tarixli bəyanata görə, bütün hərbi əsirlər, girovlar və digər saxlanılan şəxslər vətənlərinə qaytarılmalıdır, lakin Azərbaycan hələ də öz öhdəliyini yerinə yetirməyib.Armen Grigoryan ümid etdi ki, Rusiya tərəfinin səyləri sayəsində bütün erməni əsirlərin ən qısa zamanda vətənlərinə qayıtması mümkün olacaq.
Nikolay Patruş Dağlıq Qarabağ münaqişəsinin həllinə yönəlmiş səylərə toxunub. O Minsk qrupunun həmsədrləri çərçivəsində prosesi intensivləşdirməyinin vacibliyini vuröuladı.







