BaşlıcaSiyasət

KTMT-nin XİN və MN başçıları Şuralarının növbəti iclası Ermənistanda keçiriləcək: Zas

KTMT Xarici İşlər və Müdafiə Nazirləri Şurasının, eləcə də Təhlükəsizlik Şurası Katibləri Komitəsinin növbəti iclası gələn ilin birinci yarısında Ermənistanda keçiriləcək.

Bu barədə təşkilatın baş katibi Stanislav Zas Xarici İşlər Nazirləri Şuralarının birgə iclasından sonra bildirib.

“2022-ci ilin birinci yarısında Ermənistanda Xarici İşlər Nazirləri Şurasının, Müdafiə Nazirləri Şurasının və KTMT Təhlükəsizlik Şurası Katibləri Komitəsinin növbəti iclaslarının keçirilməsinə qərar verdik”,-deyə Zas əlavə etdi ki, iclasda Əfqanıstandakı vəziyyətlə bağlı bəyanat qəbul edildi.

Xatırladaq ki, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan KTMT üzvüdür.

Daha çox göstər
Back to top button