
Az;rbaycan və Türkiyənin bəyanatları və hərəkətləri heç də nikbinliyə səbəb olmur. Bunu ER Parlamentinin keçmiş deputatı Tatevik Hayrapetyan bildirdi.
Tatevik Hayrapetyan qeyd etdi ki, regiona konstruktiv yanaşma lazımdır.
“Hətta fikir ayrılıqları olsa belə, qonşuluq münasibətləri ərazi bütövlüyü və suverenliyinə hörmət əsasında inkişaf etdirilməlidir”,- o vurğuladı.
Avqustun 27-də ER Baş naziri Nikol Paşinyan bəyan etdi ki, Türkiyədən “bəzi müsbət ictimai siqnallar” var.
İşğal olunmuş Kaşatağ rayonunda Türkiyə-Azərbaycan birgə təlimlərə toxunan ekpsert qeyd etdi ki, bütün bunlar və digər hadisələr təsdiqləyir ki, Ankaranın müsbət siqnalları və onun həqiqi hərəkətlərini fərqlər var.
Onun sözlərinə görə, keçmişdə Ermənistanla Türkiyə arasında münasibətləri normallaşdırmaq üçün uğursuz cəhdləri nəzərə alaraq, Ermənistan-Türkiyə münasibətləri regional siyasətin kifayət qədər mürəkkəb bir nümunəsidir.
O hesab etdi ki, Yerevan və Ankara arasındakı problemlər çox qatlıdır və Ermənistan-Türkiyə sərhədinin açılması ilə məhdudlaşmır.
Hayrapetyan qeyd etdi ki, 9 noyabr 2020 tarixli bəyanarını 9-cu bəndinin mövcud olduğunu nəzərə alaraq, Ermənistanla Türkiyə arasında gedən prosesləri olduqca məntiqlidir.
Bu fonda Azərbaycanın yürütdüyü siyasətinə toxunan ekspert qeyd etdi ki, bu gün Bakı açıq şəkildə rus sülhməramlılarının Artsaxdan çıxarılması üçün zəmin hazırlamaq üçün hər cür səy göstərir.
“Sülhməramlıların Artsax xalqının fiziki təhlükəsizliyinin təmin edilməsi, Artsax statusu ilə bağlı ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin bəyanatları 180 dərəcə Bakının bəyanat və niyyətlərinin ruhuna və məntiqinə ziddir. Soydaşlarımızın fiziki məhv edilməsinin, evlərindən və vətənlərin itirməsinin qarşısını almaq üçün əsas təminat məhz Artsaxda rus sülhməramlıların mövcudluğudur”,- Hayrapetyan deyib.







