ArtsaxBaşlıcaSiyasət

Ermənistan BMT-də Azərbaycana qarşı məhkəmə iddiası qaldırıb

Bu gün Ermənistan Respublikası Azərbaycanı irqi ayrı-seçkiliyin bütün formalarının pozulmasında ittiham edərək BMT-nin Beynəlxalq Ədalət Məhkəməsi qarşısında iddia qaldırıb.

“Azərbaycanın onilliklər ərzində ermənilərə qarşı irqi ayrı-seçkilik etdiyi”, “bu dövlətin anti-ermənilik siyasəti nəticəsində ermənilərin sistemli ayrı-seçkiliyə, kütləvi qətllərə, işgəncələrə və digər sui-istifadələrə məruz qaldığı” iddia olunur.

Ermənistan qeyd edir ki, bu pozuntular faktiki vətəndaşlığından asılı olmayaraq erməni əsilli şəxslərə qarşı yönəldilib. Ermənistan iddia edir ki, bu növbəti dəfə 2020-ci ilin sentyabrında Azərbaycan Respublikasının Ermənistana və Artsax Respublikasına qarşı  təcavüzündən sonra  açıq şəkildə nümayiş etdirildi və “bu silahlı münaqişə zamanı Azərbaycan “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında Beynəlxalq Konvensiya”nı kobudcasına pozub”.

Ermənistan həmçinin iddia edir ki, hərbi əməliyyatlar başa çatdıqdan sonra və 10 noyabr 2020-ci il tarixli atəşkəs qüvvəyə minəndən sonra da, Azərbaycan erməni əsirləri və digər saxlanılan şəxsləri öldürməyə, işgəncə verməyə, başqa cür zorakılıqlarla təhqir etməyə davam edib.

Qeyd olunur ki, Konvensiyanın pozulmasına son qoymaq üçün erməni tərəfinin bütün cəhdləri nəticə verməyib.

Ermənistan məhkəməni Ermənistanı  və ermənilərin hüquqlarını qorumaq üçün “həddindən artıq zərurət olaraq” tədbirlər görməyə çağırıb.

Daha çox göstər
Back to top button