
Ermənistan hökuməti Kacaran-Sisyan yolunun tikintisi üçün təxminən 1 milyard dollar ayıracaq. Bunu İqtisadiyyat naziri Vahan Kerobyan deyib.
Nazir qeyd etdi ki, Goris-Kapn yolu üçün alternativ yolu da var.
“Hazırda bu yolun yaxşılaşdırlması üçün işlər aparılır. Yeri gəlmişkən, hökumət Kacaran-Sisyan hissəsinin inşasına təxminən 1 milyard dollar (487 milyard dram) sərmayə qoymağı planlaşdırır”,- nazir bildirdi.
Kerobyan hesab edir ki, Azərbaycanın dövlətlərarası yolda yaratdığı problemlərə görə İran Ermənistan üzərindən yük daşımalarını dayandırmayacaq.







