BaşlıcaEkonomika

Taşir, Ermənistanda istehsal, turizm və biznesə 130 milyon dollar yatıracaq

“Taşir” şirkəti, istehsal gücünü və turizmi inkişaf etdirmək üçün 130 milyon dollar sərmayə qoymağı planlaşdırır.

Bu barədə Ermənistanlı iş adamı, “Taşir” şirkətlər qrupunun prezidenti Samvel Karapetyan Yerevanda keçirilən Rusiya-Ermənistan biznes-forumunda şirkətin proqramını təqdim edərkən bildirib.

“İqtisadiyyatın inkişafı, istehsal potensialının inkişafı, o cümlədən yeni innovativ həllərin tətbiqi olmadan mümkün deyil. Yeni potensialların inkişafı bütün iqtisadiyyatın hərəkətverici qüvvəsidir. O, ixrac potensialını artırır və ölkə əhalisini işlə təmin edir. Bu məqsədlə 50 milyon dollar ayrılacaq”,- Karapetyan dedi.

Erməni iş adamının sözlərinə görə, “Taşir” şirkəti üçün ikinci mümkün istiqamət turizm sahəsidir.

“Turizm sahəsi böyük diqqət tələb edir. Ermənistan unikal turizm ölkəsidir, inkişaf üçün böyük potensiala malikdir. Bu məqsədlər üçün təxminən 50 milyon dollar ayıracağıq. Gənc nəslin təşəbbüslərinə verilən dəstəyi də nəzərdən qaçırmaq olmaz. Bu proqramlar üçün də təxminən 30 milyon dollar ayıracağıq”,-Karapetyan qeyd etdi.

Daha çox göstər
Back to top button