
Sentyabrın 24-28-də Ermənistanda KTMT-nin narkotiklərlə mübarizə xidmətləri, daxili işlər və xüsusi xidmət bölmələrinin iştirakı ilə “Qrom-2021” xüsusi hərbi təlimi keçiriləcək.
Təlimlərin birinci mərhələdə KTMT üzv dövlətlərin səlahiyyətli orqanlarının və Ermənistan Silahlı Qüvvələrinin xüsusi təyinatlılarının birgə qurupları çətin relyefli dağlıq ərazidə təlim və praktiki tapşırıqları sınaqdan keçirəcək. Eyni zamanda, KTMT Hava Hücumundan Müdafiə Qüvvələri (HHM) Operativ Qərargahının operativ heyəti ilə komanda məntəqəsi bölgəsində xüsusi bir əməliyyatın planlaşdırılması və keçirilməsi istiqamətində çalışacaq.
Təlim tapşırıqlarının həlli prosesində KTMT üzv ölkələrinin xüsusi təyinatlıları Ermənistan Silahlı Qüvvələrinin bölmələri və sərhəd qoşunları ilə əməkdaşlıq edəcək.
Təlimlərin ikinci mərhələsində silahdan taktiki atıcılıq yarışları keçiriləcək, xüsusi təyinatlıların birgə operativ-döyüş qrupları tərəfindən əhəmiyyət kəsb edən problemləri həll etmək üçün əməliyyatlar aparılacaq.







