Başlıcaİctimaiyyət

“Talışlar xalq olaraq tanınmır”: Azərbaycandakı talışların hüquqları ilə bağlı alternativ hesabat Avropa Şurasına təqdim ediləcək

Azərbaycan Talışların İctimai Şurası (ATİŞ) tərəfindən Avropa Şurası (AŞ) üçün hazırlanmış hesabat yerli mediada yayımlandıqdan sonra xeyli müzakirələrə səbəb oldu. Bir çox insanlar hesabatı hazırlayanları və onu yayan media orqanlarını separatizmdə günahlandırdılar. Hesabatda deyilir ki, “talışlar xalq olaraq Azərbaycan hökuməti tərəfindən tanınmır. Hökumət talışlara münasibətdə faktiki olaraq onları tezliklə assimilyasiya etmək siyasəti yürüdür. “Talış” adı qadağa altındadır. Ölkədə talış adında heç bir QHT qeydə alınmır. “Talış” sözü Azərbaycan parlamentində və səlahiyyətli şəxslərin nitqlərində tələffüz edilmir”.

Hesabatda həmçinin bildirilir ki, talış ictimai və mədəniyyət xadimləri ölkə müstəqillik qazandıqdan sonra daim “separatçı” damğası ilə təqib və təzyiq altında olublar. Ölkədə talış dilində radio və televiziya yoxdur: “Üstəlik, talışlar ana dilində təhsil hüquqlarından məhrumdur. talış toplumunun özunuidarəetmə hüququ yoxdur. talış regionunda icra hakimiyyəti başçıları talış millətindən olmayan şəxslərdir. Hətta çox hallarda talış regionundan faktiki təyinat alan deputatlar belə talış millətinə aidiyyatı olmayan şəxslər olur”.

Bu hesabat Azərbaycanda yaşayan xalqların birliyinə ləkə salmaq istəyənlərin niyyəti kimi qələmə verildi. Hətta hesabatın Azərbaycan İran münasibətlərinin gərginləşdiyi bir vaxtda ictimaiyyətə açıqlanması bu məsələdə İranın rolunun olduğu barədə şübhə ortaya qoyanlar da var idi.

Baş verənlərlə bağlı Azərbaycan Talışları İctimai Şurasının təsisçilərindən biri Hilal Məmmədov ASTNA-nın suallarına cavab verib.

“Bu gün talışlar məlum tarixi haqsızlıqlar səbəbindən, Azərbaycan türkləri kimi ikiyə bölünsələr də ölkələrini və qonşularını eyni sədaqət və məhəbbətlə sevir və heç bir siyasi oyunlara alət ola bilməzlər. İstər bizim taydakı, istər İran tərəfdəki Azərbaycan  – biz talışların qədim, doğma və əzəli  yurdu-vətəni olmuşdur! Neyləyək, bu gün BMT tərəfdən tanınmış  iki müstəqil dövlət arasında bölünsək də, hər iki dövlətin suveren hüquqlarına hörmətlə yanaşmaqdan başqa digər yolumuz yoxdur! Odur ki, hesabatımızda onun-bunun yox, yalnız və yalnız Vətənimiz – Azərbaycanın izi ola bilər!”,- Hilal Məmmədov qeyd edib.

Daha çox göstər
Back to top button