BaşlıcaSiyasət

Artsaxa qarşı təcavüzün birinci ildönümündə İ. Əliyev Ermənistana qarşı növbəti dəfə təhdidlər səsləndirdi

Artsaxa qarşı genişmiqyaslı təcavüzün birinci ildönümündə Azərbaycan prezidenti İlham Əliyev Ermənistana qarşı növbəti dəfə təhdidlər səsləndirdi.

“Erməni faşizmi məhv edilib, ancaq onun təzahürləri görünməkdədir. Bu, çox təhlükəli tendensiyadır, ilk növbədə, Ermənistan dövləti üçün. Mən bunu demişəm, bu gün Anım Günündə şəhidlərimizin əziz xatirəsi önündə bir daha deyirəm, əgər biz görsək ki, erməni faşizmi baş qaldırır, əgər biz görsək ki, xalqımıza, dövlətimizə yeni təhlükə mənbəyi yaranır, heç tərəddüd etmədən erməni faşizminin başını bir daha əzəcəyik. Bunu hər kəs bilsin! Müharibənin və Qələbənin rəmzi olan “Dəmir yumruq” yerindədir, bunu heç kim unutmasın!”,-  İ. Əliyev xalqa müraciətində qeyd edib.

Azərbaycan XİN uzun açıqlamasında təcavüzü “Ermənistan Silahlı Qüvvələrinin növbəti hərbi təxribatının qarşısının alınması” adlandırıb, ki guya beynəlxalq humanitar hüquqa uyğundur və erməni tərəfinin iddia etdiyi “cinayətləri” sıralayır, AİHM və Beynəlxalq Ədalət Məhkəməsinə edilən müraciətlər haqqında bildirir.

Azərbaycan XİN bəyanatının son hissəsində deyilir: “Azərbaycan beynəlxalq hüququn prinsipləri, xüsusilə də suverenlik, ərazi bütövlüyü, və beynəlxalq sərhədlərin toxunulmazlığına ciddi riayət olunması əsasında Ermənistan ilə münasibətlərin normallaşdırılmasına hazırdır. Biz Ermənistanı bölgədə sülh, təhlükəsizlik və rifahın təmin olunması naminə bu fundamental prinsiplərə hörmət etməyə, beynəlxalq öhdəliklərinə əməl etməyə çağırırıq”,

Maraqlıdır ki, nəinki Artsaxın bir hissəsini, hətta Ermənistanın suveren ərazisini işğal edən bir ölkə suverenliyə hörmətdən danışır.

Daha çox göstər
Back to top button