BaşlıcaSiyasət

Paşinyan: “Bu gün hər hansı bir erməni Azərbaycan nəzarəti altında yaşamır və yaşaya da bilməz”

ER Baş naziri Nikol Paşinyan BMT Baş Assambleyasının 76-cı sessiyasındakı çıxışında 44 günlük müharibə zamanı Azərbaycan silahlı qüvvələri tərəfindən çoxsaylı beynəlxalq normaların kobud şəkildə pozulduğuna toxunaraq erməni xalqının Azərbaycanın nəzarətində olan ərazilərdə  etnik təmizləməsindən danışdı.

“2020-ci ilin payızında Dağlıq Qarabağ təcavüzə məruz qaldı. 44 gün davam edən müharibə bir neçə min insanın həyatına son qoydu. On minlərlə Dağlıq Qarabağ sakini didərgin düşdü. Təcavüz Azərbaycan silahlı qüvvələri tərəfindən beynəlxalq təşkilatların normlarının  çoxsaylı kobud pozuntuları ilə müşayiət olundu.

O cümlədən mülki əhalinin qəsdən hədəf alması, həyati əhəmiyyətli infrastruktur, hərbi əsirlərin məhkəməsiz edam edilməsi, girov götürülməsi, işgəncələr və bir çox sənədləşdirilmiş cinayətlərlə bir-birinə ardıcıllıq edirdi.

Bu əməliyyatlar nəticəsində DQ ö hissələri ki, Azərbaycanın nəzarəti altında qaldı erməni xalqı tamamiylə etnik təmizləmələrə məruz qaldı.

Təəssüf ki, beynəlxalq ictimaiyyət bu halda kütləvi cinayətlərin qarşısını ala bilmədi: Bu gün heç bir erməni Azərbaycanın nəzarətində olan ərazilərdə yaşayamır. Və Azərbaycanın  nəzarəti altında olan ərazilərdə yaşaya bilməz” – deyərək ER  Baş naziri qeyd edib.

ER Baş naziri, Rusiya Federasiyasının vasitəçilik səyləri sayəsində qan tökülməsinin dayandırılmasının mümkün olduğunu xatırlatdı.

“Noyabrın 9 -da üçtərəfli atəşkəs bəyannaməsi imzalandı. Rusiya Federasiyasının sülhməramlı qüvvələri bu gün orada sabitliyin və təhlükəsizliyin qarantıdır, Dağlıq Qarabağda yerləşdirilib “- deyərək Paşinyan əlavə edib.

Daha çox göstər
Back to top button