ArtsaxBaşlıcaSiyasət

Azərbaycanın cinayətləri səbəbindən 80 mülki şəxs həlak olub: Artsax Ombudsmanı

Artsax Ombudsmanı Geğam Stepanyan bildirdi ki, Artsax mülki şəxslərinin Azərbaycan Silahlı Qüvvələri tərəfindən öldürülməsi ilə bağlı yeni hesabat dərc edildi.

Hesabatda 2020-ci ilin 27 sentyabrından 2021-ci ilin 27 sentyabırına qədər Artsax Ombudsmanı Ofisinin Azərbaycan Silahlı Qüvvələri tərəfindən Artsaxın mülki yaşayış məntəqələrini hədəf alaraq işğal etməsi nəticəsində öldürülən mülki vətəndaşların sayı ilə bağlı araşdırma işləri nəticəsində toplanan məlumatların yekunları əks olunub.

Qeyd olunub ki, Azərbaycan Silahlı Qüvvələri cinayətkət hərəkətləri səbəbindən 80 mülki şəxs həlak olub. Azərbaycan Silahlı Qüvvələrinin uzun məsafəli raket zərbələri, bombardmanlar və təxribatçı qrupların açdığı atəşindən 42 mülki şəxs həlak oldu.

Azərbaycan əsirliyində və ya nəzarəti altında olan 38 mülki şəxs fiziki zorakılıq, bıçaqlanma, baş kəsmə, yaxın məsafədən atışma və digər metodlarla öldürüldü. Öldürülən 80 mülki vətəndaşdan 68-i kişi, 12-si qadındır.

Hesabat müvafiq beynəlxalq təşkilatlara göndərildi.

Daha çox göstər
Back to top button