BaşlıcaSiyasət

Azərbaycan cəmiyyətimizdə yeri olmayan bir “qənimətlər parkı” yaradır: Stefan Şenax

AŞPA Monitorinq Komitəsinin rəhbəri və KİV azadlığı və jurnalistlərin müdafiəsi üzrə məruzəçi Stefan Şenax Azərbaycanı bütün erməni əsirləri geri qaytarmağa çağırıb.

AŞPA sessiyasında çıxış edərkən o qeyd edib ki, iki dəfə münaqişə bölgəsinə səfər edib.

“Çəkilən və sosial mediada yayımlanan müharibə cinayətlərini araşdırmaq lazımdır”- Şenax qeyd edib. O əlavə edib ki, təcavüzkar ritorika hələ də güclüdür.

“Biz Azərbaycanı bütün hərbi əsirləri Ermənistana qaytarmağa çağırırıq. Biz Ermənistanı isə mina sahələrinin xəritələrini təhvil verməyə çağırırıq, çünki mülki şəxslər ölür.

İndi elə vəziyyətdəyik ki, qalib gələn ölkə hörmət göstərməlidir. Azərbaycan nə edir? Cəmiyyətimizdə yeri olmayan bir “qənimətlər parkı” yaradır”- Stefan Şenax bildirib.

Daha çox göstər
Back to top button