BaşlıcaMədəniyyət

“Qızıl Ərik” Beynəlxalq Film Festivalı başlayıb

Ermənistanda “Qızıl Ərik” Beynəlxalq Film Festivalı başlayıb. “Yerevan Premyeraları” proqramı çərçivəsində Kann, Berlin və digər beynəlxalq film festivallarından filmlər erməni tamaşaçılarına təqdim olunacaq.

Kann festivalının Leos Karaksın “Annet”, Paul Verhuvenin “Benedetta”, Asğar Fərhadinin “Qəhrəman”, Gaspar Noyenin “Vorteks” filmləri nümayiş olunacaq. Viktor Kosakovskinin “Gunda”, Maria Spetinin “Cənə Baxmanın sinifi” və Dın Kotenin”Sosial Gigiyena” filmləri da nümayiş olunacaq.

18-ci Film Festivalının tammetrajlı film müsabiqəsinin münsiflər heyətinin sədri, Macarıstan teatr və kinorejissoru, Kann, Lokarno və onlarla digər nüfuzlu film festivallarının laureatı Kornel Mundrutsodur.

FIPRESCI münsiflər heyəti kino tənqidçiləri Aleksandr Melyan, Dominik Şmid, Mayk Naafsdan ibarətdir.

Daha çox göstər
Back to top button