
İran parlamentinin deputatları birgə bəyanatla ölkənin şimal-qərb bölgələrində ordunun hərbi təlimlərini dəstəklədiklərini ifadə ediblər.
İsna.ir yazır ki, deputatların bəyanatında deyilir: “Bölgədəki hər hansı bir geosiyasi dəyişiklik, qonşu ölkələrin sərhədlərində dəyişiklik İranın qırmızı xəttidir və qəriblərin hərəkətlərinə cavab verməkdən çəkinməyəcəyik. Eyni zamanda, hər hansı bir ölkə ərazisinin sionist rejimin fəaliyyətinə xidmət etməsinə dözməyəcəyik”.
Həmçinin qeyd olunur ki, İranın keçirdiyi hərbi təlimlər sionist rejimə ünvanlayan güc və sülh mesajıdır.
“Biz, İran parlamentinin deputatları, ordumuzun hərbi təlimlərini dəstəklədiyimizi bildirərək, Xarici İşlər Nazirliyindən deputatların xəbərdarlığını Qafqazda rol oynayan hökumətlərə çatdırmağı xahiş edirik”.







