BaşlıcaSiyasət

TŞ katibi: Ermənistan ərazisində suveren dəhliz ola bilməz

Ermənistan ərazisində suveren dəhliz ola bilməz. Belə bir fikri Ermənistan Respublikası Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İctimai televiziyada yayımlanan müsahibəsində bildirib.

 Bu kontekstdə o, Ermənistanda yalnız dəhlizlər və ya yollar açıla biləcəyini aydınlaşdırdı ki, bu da Naxicevanla əlaqə qurmaq üçün azərbaycanlılar və ya türklər tərəfindən istifadə oluna bilər.

“Belə bir seçim mümkündür, amma o yollar suveren Ermənistanın nəzarətində olacaqdır” –deyərək  Qriqoryan, Ermənistanın bu məsələni müzakirə etmək və qarşılıqlı anlaşma əldə etmək üçün bir fürsət gördüyünü qeyd etdi.

O, Türkiyə prezidentinin açıqlamasına toxundu.Türkyə prezidenti  “dəhlizlər” ifadəsini tək şəkildə deyil, cəm şəklində  səsləndirərərək “dəhlizlər”  demişdir.

Yəni Ermənistanda bir neçə yoldan istifadə nəzərdə tutulur. Və əgər dialoq üçün bir fürsət olarsa, düşünürəm ki, həll yollarını tapacağıq”- deyərək  Qriqoryan qeyd edib.

Təhlükəsizlik Şurasının katibi infrastrukturun blokdan çıxarılması ilə bağlı əlavə etdi ki, Ermənistan daha çox mövcud infrastrukturdan, yəni Yerevan –Tbilisi -Bakı-Rusiya dəmiryolundan, həmçinin Yerevan –Naxicevan -Culfa dəmir yolundan istifadə etməyə meyllidir. Yəni demək olar ki, infrastruktura investisiya qoymağa ehtiyac yoxdur.

Ermənistanla Naxicevan arasındakı sərhəddə kiçik bir kilometr uzunluğunda bir hissə tikmək lazımdır ki, bu da çox sürətlə həyata keçiriləcək.

Azərbaycanın Qərb bölgələri, Tavuş və ya Syunik vasitəsilə infrastrukturdan istifadə edərək Naxicevana  bağlanacaq. Biz bu variant  meyilliyik  və çalışacağıq bu vasitəylə irəli hərəkət edək” – deyərək o, qeyd edib.

Daha çox göstər
Back to top button