BaşlıcaSiyasət

Yeni alternativ yolun inşasında Ermənistana kömək etməyə hazırıq: İran naziri

İran Goris-Kapan dövlətlərarası yolunun alternativi olan Tatev-Ağavni-Kapan yolunun inşatında iştirak etmək niyyətindədir. İran İslam Respublikasının Şəhərsalma və Yollar nazir müavini Xeyrollah Xademinin başçılıq etdiyi nümayəndə heyəti Yerevandadır.

Xeyrollah Xademi qeyd etdi ki, İran-Ermənistan dövlət yolu Tehran üçün strateji əhəmiyyətə malikdir.

“İrandan başçılıq etdiyim nümayəndə heyəti buraya səfər etdi. Biz Tatev-Kapan yolunu ziyarət etdik və yeni yolun inşatında Ermənistanı dəstəkləməyə hazırıq. İran öz texniki və mühəndis imkanlarını Ermənistana verməyə hazırdır”,- deyə nazir müavini qeyd etdi.

İran rəsmisi, Tehranın Şimal-Cənub yolunun tikintisində Ermənistana kömək etməyə hazır olduğunu bir daha təsdiqlədi.

Daha çox göstər
Back to top button