
Ermənistan və İran Xarici işlər nazirləri arasında keçirdikləri son görüşdə biz bildirdik ki, bölgədəki kommunikasiya kanallarının açılması kontekstində “Zəngəzur dəhlizi”mövzusu yoxdur və ola da bilməz.
Bu haqda Xarici işlər naziri Ararat Mirzoyan İranın Xarici işlər naziri Hüseyin Əmir Abdullahian ilə son görüşünə istinad edərək parlament iclasında hökumət üzvləri ilə sual -cavab zamanı bildirib.
Mirzoyan qeyd edib ki, İran Xarici işlər naziri ilə bu vəzifəyə təyin olunduğu ilk gündən ortaqlıq və səmimi dostluq münasibətləri qurulub. İki ölkənin Xarici işlər nazirləri ikitərəfli münasibətlərlə bağlı bir sıra məsələləri müzakirə ediblər.
“Demək istəyirəm ki, bu səfər və söhbətimiz təkcə ikitərəfli əlaqələrə deyil, həm də regional əhəmiyyətə, çox spesifik bir kontekstə malik idi.
Ümumiyyətlə, sərhədlərimizin toxunulmazlığı ilə bağlı İranın mövqeyini bir daha alqışlamaq istəyirəm” – deyərək Xİ naziri Mirzoyan qeyd edib.
Xarici işlər nazirləri məsələn Zəngəzur dəhlizi” haqqında da danışdılar. “Yəni,o söhbətin istisnası haqqında. Biz faktlaşdırdıq ki, oxşar mövzu yoxdur və ola da bilməz”- deyərək o, qeyd edib.
Mirzoyan İranın ciddi regional, qlobal rola malik olduğunu açıq şəkildə qeyd etdi.







