
İranın bölgədə gərginliyin azaldılmasında və sabitliyin bərqərar olunmasında rolu və potensialı göz qabağındadır və bunun bariz nümunəsi İranın Ermənistan Respublikasının sərhədlərinin toxunulmazlığı ilə bağlı açıq mövqeyidir. Bunu ER xarici işlər naziri Ararat Mirzoyan İran İslam Respublikasına etdiyi işgüzar səfər çərçivəsində “IRNA” xəbər agentliyinə verdiyi müsahibədə qeyd edib.
“İnanırıq ki, İranın iştirakının genişləndirilməsi nəinki ölkələrimizin dostluğu və qarşılıqlı faydalı tərəfdaşlığı kontekstində, həm də bölgənin sülh, təhlükəsiz və firavan gələcəyi naminə müsbət təsir göstərəcək”, – deyə Mirzoyan qeyd edib.
ER XİN başçısı vurğulayıb ki, İranla ikitərəfli qonşuluq münasibətlərini yüksək qiymətləndirir və əlavə edib ki, Ermənistanla İran arasındakı əməkdaşlıq sülh, inkişaf və sivilizasiyalararası dialoqun gündəmini rəhbər tutan ölkələr üçün yaxşı bir nümunə ola bilər.
Mirzoyana görə, Ermənistan və İran kimi qədim sivilizasiyaların daşıyıcıları dini-milli tolerantlıq, qarşılıqlı hörmət, qarşılıqlı etimad, eyni zamanda gələcəyə görə qarşılıqlı məsuliyyət ilə xarakterizə olunur.
“3 + 3” təşəbbüsünə Ermənistanın yanaşması ilə bağlı suala toxunan Ararat Mirzoyan qeyd edib:
“Ermənistan, aşağıdakı şərtlərə cavab verərsə, hər hansı bir regional əməkdaşlıq tədbirinin təsirli ola biləcəyi nöqteyi -nəzərindən çıxış edir:
1. Format tam olmalıdır və hər kəsi daxil etməlidir.
2. Bu, bütün iştirakçı dövlətlər arasındakı əlaqələrdəki inkişaflara əsaslanır. Əks təqdirdə, ölkələrin ikitərəfli münasibətlərindəki problemlərin çoxtərəfli formata keçirəcəyinə səbəb ola bilər ki, bu da həm bu çoxtərəfli , həm də ikitərəfli dialoqun pozulmasına səbəb ola bilər”.







