
ER Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinə ad günü münasibətilə təbrik məktubu göndərib. Məktubda xüsusilə deyilir:
“Hörmətli Vladimir Vladimiroviç,
Ad gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.
Rusiya Federasiyasının inkişafı naminə məqsədlərin həyata keçirilməsinə yönəlmiş zəngin dövlət-siyasi fəaliyyət təcrübəsi, eləcə də ölkənin dünya arenasında rolunun daha da gücləndirilməsinə yönəlmiş ardıcıl səyləriniz sizə vətəndə və xaricdə layiqli hörmət qazandırıb.
Rusiya ilə Ermənistan arasında müttəfiqlik münasibətlərinin möhkəmlənməsinə şəxsi töhfəniz danılmazdır. Cənubi Qafqazda uzunmüddətli, davamlı sülh yaratmaq səylərinizə görə minnətdarıq.
Qarşılıqlı anlaşma və inamlı münasibətlərimizi səmimi qəlbdən qiymətləndirirəm.
Hörmətli Vladimir Vladimiroviç,
Sizə möhkəm cansağlığı, xoşbəxtlik və məsul vəzifənizdə yeni uğurlar arzulayıram”.







