ArtsaxBaşlıca

Rus sülhməramlıları xeyriyyə təşkilatları ilə birlikdə Dağlıq Qarabağdakı internat-məktəblərinin şagirdlərinə yardım göstəriblər

Rus sülhməramlıları xeyriyyə təşkilatları ilə birlikdə Stepanakertdəki internat-məktəblərinin şagirdlərinə yardım göstəriblər. Bu barədə RF Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Bu gün Stepanakert uşaq evində humanitar aksiya keçirdik, ayaqqabı və dəftərxana ləvazimatları verdik. Humanitar yardım xəyriyyə təşkilatları tərəfindən verilib və Stepanakertə sülhməramlı qüvvələr tərəfindən çatdırılıb”, – deyə Rusiya sülhməramlı qüvvələrinin nümayəndəsi Sergey Vladimirov bildirib.

Stepanakert internat-məktəbində 19 şagird var.

Uşaqlar və məktəb müəllimləri Rusiya sülhməramlı qoşunlarının Humanitar Müdaxilə Mərkəzinin və xeyriyyə fondunun mütəxəssislərinə təşəkkürlərini bildiriblər.

Daha çox göstər
Back to top button