
moskvada Rusiya və İranın xarici işlər nazirləri Sergey Lavrov və Hüseyn Əmir Abdullahian “3+3” danışıqlar formatını da müzakirə etdilər.
Bunu Rusiya XİN-in rəhbəri Sergey Lavrov iranlı həmkarı ilə birgə keçirdiyi brifinqdə deyib.
Təşəbbüs Ermənistan, Azərbaycan, Gürcüstan, Rusiya, İran və Türkiyənin iştirakı ilə regional əməkdaşlıq mexanizminin yaradılmasını nəzərdə tutur.
Onun sözlərinə görə, Rusiya tərəfi ümid edir ki, Gürcüstan da bütün problemlərinə baxmayaraq, bu cür məsləhətləşmə mexanizminin yaradılmasında öz əsas maraqlarını görə biləcək.







