
Azərbaycan prezidenti avqustun 30-da Şuşidə etdiyi çıxışda etiraf edib ki, onlar münaqişənin siyasi yolu ilə həllini rəd edib təcavüzü seçdilər. Sir deyil ki, Azərbaycanın hazırkı prezidenti illər boyunca hərbi ritorika və ermənilərə qarşı nifrətin təbliği ilə çıxış edib.
Bunu azərbaycanşünas Tatevik Hayrapetyan bildirib və əlavə edib ki, bu kontekstdə İlham Əliyevin bu siyasəti atasının Qarabağ məsələsi ilə bağlı mövqeyindən fərqlənir.
Ekspertin sözlərinə görə, Heydər Əliyev öz çıxışlarından birində qeyd edib ki, əgər Azərbaycan bu məsələ “həllinin” hərbi yolunu seçsə, münaqişəni bu mərhələdə dondurmalı olacaqdır.
2003-cü ildə Heydər Əliyevin ölümündən sonra Azərbaycanın yeni prezidenti İlham Əliyev Qarabağ məsələsinin dondurulması, danışıqlar imitasiyası və müharibəyə hazırlanması yolunu seçib.
2020-ci il sentyabrında Türkiyənin açıq dəstəyi və terrorçuların iştirakı ilə Artsaxa qarşı Azərbaycanın başlatdığı təcavüz istədikləri “həllini” təmin etmədi. Azərbaycan hərbi nailiyyətlərə çatsa da, həmsər ölkələrinin bəyanatlarının da göstərdiyi kimi, münaqişə öz həllini tapmadı.
Hayrapetyan qeyd edir ki, bu halda Əliyev hərbi təcavüzünə və müharibəyə haqq qazandırmağa və eyni zamanda hərbi uğurları mənimsəməyə çalışır. Buna paralel olaraq isə, Türkiyə və türk hərbçilərinin müharibədəki rolu daha da vurğulanır. Əliyev öz müsahibələrində açıq şəkildə Türkiyəyə dəstək üçün təşəkkürünü bildirir.
Artsaxa qarşı müharibədə əldə edilən hərbi uğurlar əsasən Əliyevlər ailəsinin mövqelərini gücləndirmək və Azərbaycanda avtoritar rejimi gücləndirmək məqsədi daşıyırdı.







