BaşlıcaSiyasət

“Bölgəmizdə sionist rejimin Azərbaycan ərazisindən təxribatçı hərəkətini yolverilməz hesab edirik”: İranın xarici işlər naziri

Cənubi Qafqazda bizi nə narahat edir? Birincisi, bəzi xarici güclər bölgənin sərhədlərini dəyişdirmək, sərhəd keçidlərini bağlamaq və ya başqa yerə köçürmək üçün təsir göstərməyə çalışırlar. Bu sözləri İran XİN rəhbəri Hüseyn Əmir Abdullahian Rossiya-24 kanalına müsahibəsində deyib.

“Biz, orada Qarabağdakı müharibə zamanı peyda olan terrorçuların mövcudluğunu qeyd edirik. Rəsmi danışıqlarda Azərbaycan nümayəndələri bizə vəd etdilər ki, regionun terrorçulardan təmizlənməsi üçün tədbirlər görəcəklər. Bölgəmizdə sionist rejimin Azərbaycan ərazisindən təxribatçı hərəkətini də qeyd etməliyəm. Biz bunu yolverilməz hesab edirik.”

“3 + 3” əməkdaşlıq formatına toxunan İran xarici işlər naziri, fərqli əməkdaşlıq formatlarının olduğunu, Azərbaycan-İran-Rusiya platformasının da olduğunu xatırlatdı.

Azərbaycan ilə İran arasındakı gərgin münasibətlərə toxunan Abdullahian tərəflərin vəziyyəti yumşaltmaq üçün səy göstərməli olduqlarına əminliyini ifadə etdi. “Bəzi sərt bəyanatları konstruktiv hesab etmirik və düşünürük ki, vəziyyətə ağlabatan yanaşsaq, Azərbaycan və Ermənistanla olan problemləri beynəlxalq hüquq əsasında həll etməyin yollarını işləyib hazırlaya biləcəyik. Önəmli olan xarici qüvvələrin müdaxilə etməməsi, İsrailin və terrorçuların bölgədə olmamasıdır”,-deyə nazir yekunlaşdırdı.

Daha çox göstər
Back to top button