BaşlıcaSiyasət

Paşinyan Ermənistanda yeni atom stansiyasını qurmaqla bağlı danışıqlar barədə bildirib

Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistanda yeni atom elektrik stansiyasının tikintisi ilə bağlı aparılan danışıqlar barədə məlumat verib.

 Bu haqda  Paşinyan parlamentdə hökumət üzvləri ilə sual-cavab iclası ərzində “Kağakaqan paymanagir”  fraksiyasından olan Sergey Baqratyanın sualına toxunaraq deyib.

Baqratyan xatırladıb ki, bu yaxınlarda “Geopromayninq” şirkətinin direktorlar şurasının sədri mədən-sənaye sahəsinə 2 milyard sərmayə qoyduğu barədə , həmçinin yeni misəritmə zavodu tikmək üçün 1,5 milyard sərmayə qoyduğunu xatırlatdı.

“Qeyd edək ki, 2000-ci illərdən bəri ilk dəfə olaraq Ermənistan və Ermənistan xalqı Zəngəzur mis və molibden kombinatının ortaq sahibləridir.  Orada qaranlıq və şübhəli  işgüzarlıq olduğuna şübhə bildirilib.

Əgər  həmin 15%-in sahibi hökumət deyil bir ofşor şirkəti olsaydı,  həmin ofşor sahibkarısa başqa bir ofşor şirkəti olardısa , həmin ofşor sahibkarı isə Baş nazirin, yaxud hər hansısa  nazirin ailəsinin üzvünə məxsus   olardısa, bax o zaman qaranlıq  sövdələşmə olardı”- deyərək o, qeyd edib.

Paşinyan  qeyd edib ki, zalın qeyri-hökumət hissəsində əyləşən adamlar,kimlər ki, öz  fəaliyyəti ərzində oxşarsövdələşmələr   etmişlər hesab edir ki, hüquq-mühafizə orqanları potensial sövdələşmələr də daxil olmaqla onların səbəb və nəticələrini öyrənmək üçün həmin sövdələşmələrlə ciddi məşğul olmalıdırlar.

Direktorlar şurasının üzvü olan “Geopomaynink” şirkətinin sahiblərindən biri tərəfindən Ermənistana təklif edildi, təklifi müzakirə etdik, təklifin Ermənistanın iqtisadi və dövlət maraqlarına uyğun olduğunu gördük.

Bura iki çox vacib komponent daxildir: birincisi, mis əritmə zavodunun tikintisidir, yəni Ermənistan artıq konsentrat ixrac etməməli və başqa məhsullarda istifadə etmək üçün başqa bir yerdən hazır mis idxal etməməli, mis isə Ermənistanda istehsal edilməlidir.

İkincisi, yeni bir nüvə elektrik stansiyasının tikintisi bu proqramın bir hissəsidir və bu iri şirkət, misəritmə zavodunun qurulması üçün investisiya öhdəlikləri götürmüşdür və müvafiq qaydada qeydiyyata alınmışdır və artıq yeni nüvə enerjisi qurmaq üçün danışıqlara başlanmışdır.

Mümkündür ki, nüvə stansiyası tam özəl təşəbbüs ola bilməz, hökumət bu prosesdə fəal iştirak etməlidir.

Paşinyan qeyd edib ki, indi hökumətin vəzifəsi 2025 -ci ilin iyun ayına qədər yeni bir misəritmə zavodunun inşasına və atom stansiyasının  istismara  verilməsi praktikada yaxşı olar” – deyərək o, qeyd edib.

Daha çox göstər
Back to top button