
Ermənistan İnsan Hüquq Müdafiəçisi (Ombudsman) Arman Tatoyan bir sıra beynəlxalq mediaya erməni əsirləri ilə bağlı məsələni təqdim edib. Bu barədə ER Ombudsman aparatı məlumat yayıb.
“Dünən Romada The Guardian, Times, France 24, DW Germany, Stampa Estera, Rai, Al Ghad TV və digər KİV nümayəndələri ilə ayrı-ayrılıqda görüşdüm, Azərbaycan tərəfinin erməni əsirlərə işgəncələrini sübutlarla, ER sərhədyanı ərazilərindəki sakinlərin hüquqlarının pozulmasını təqdim etdim”, – deyə ER Ombudsmanı qeyd edib.
Tatoyan bildirib ki, dövlət səviyyəsində anti-ermənilik təşviq edən Azərbaycanın belə siyasəti insanların həyatını və təhlükəsizliyini, iki xalqın dinc yanaşı yaşamasının perspektivlərini ciddi şəkildə təhlükə altına alır.







