Başlıcaİctimaiyyət

15 il həbs və 888 şallaq cəzası: İran Azərbaycan millətçilərini məhkum edib

İranın Ərdəbil şəhərində 2020-ci ildə İkinci Qarabağ müharibəsi zamanı Azərbaycana dəstək aksiyasında iştirak edən 12 fəal həbs edilib. Oktyabrın 9-da yerli məhkəmə onları 15 il azadlıqdan məhrum edib və 888 şallaq cəzası verib. Bu barədə “Amerikanın səsi” radiosu insan hüquqları üzrə HRA xəbər agentliyinə istinadən bildirib.

Ərdəbil məhkəməsinin məlumatında deyilir ki, Pərviz Siyabi, Hüseyn Balxanı, Murtaza Pərvin, Həmid Heydəri, Məhəmməd Çolani Ocaq, Mustafa Pərvin, Sübhani Baxşi, Mehdi Huşmand, Bəhmən Xeyirçi, Mujtaba Pərvin, Əsgər əkbərzadə və Sacad Çolani hər biri 14 ay və 32 gün həbs cəzasına və  şallaq zərbəsinə məhkum edilib.

Onlar “polisə qarşı qiyam törətməkdə” və “iğtişaşlar təşkil etməkdə” ittiham olunublar. Həmin şəxslərə qarşı məhkəmə sentyabrın 26-da Ərdəbil Cinayət Məhkəməsində başlayıb.

Daha çox göstər
Back to top button