BaşlıcaSiyasətTəhlil

Azərbaycanla İran arasında hərbi əməliyyatların başlama ehtimalı aşağıdır: Ekspert

Azərbaycanla İran arasında hərbi əməliyyatların başlama ehtimalı aşağıdır, lakin Dağlıq Qarabağ müharibəsindən sonra uzun illərdir davam edən gərginlik keçən ildən bəri su üstünə çıxdı. Bunu Almaniyanın Beynəlxalq Əlaqələr və Təhlükəsizlik İnstitutunun (SWP) tədqiqatçısı Həmidreza Əzizi Ahvalın Turkey Abroad məqaləsində qeyd edib.

Ekspert qeyd etdi ki, hər hansı bir hərbi eskalasiya Türkiyənin iştirakına gətirib çıxarta bilər. Əzizinin sözlərinə görə, Türkiyənin Cənubi Qafqazda mövqeyinin güclənməsi İranda narahatlıq yaradır. Regional iqtisadi əməkdaşlıq vədlərinə baxmayaraq, Türkiyə şirkətləri Dağlıq Qarabağdakı yenidənqurma layihələrinin əsas payını alıb və Tehranı kənarda buraxıblar.

İran hərbi təlimləri ərəfəsində və sonrasında Türkiyə Azərbaycanla Pakistanın birlikdə keçirdiyi hərbi təlimlərə qatıldı. Əziz, birgə hərbi təlimlərin “bölgənin sabitləşməsinə kömək etmədiyini” söylədi və qeyd etdi ki, Pakistan qoşunlarının iştirakı digər xarici qüvvələrin bölgəyə dəvət edilməsinin bir siqnalı kimi qiymətləndirilə bilər.

Onun sözlərinə görə, İran Türkiyə və Pakistanın iştirakını Azərbaycanın Xəzər dənizində beynəlxalq hüquq çərçivəsində götürdüyü öhdəliklərin pozulması kimi qiymətləndirir.

Daha çox göstər
Back to top button