Başlıcaİctimaiyyət

Zaxarova Rusiya, Ermənistan, Azərbaycan dini liderlərinin görüşünə toxunub

Rusiya, Azərbaycan və Ermənistan dini liderlərinin üçtərəfli görüşü problemlərin aradan qaldırılması, etimad mühitinin yaradılması, habelə Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması baxımından unikal formatdır. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

“Bu görüş birincisi deyil. Dini liderlər arasında təmaslar onilliklər ərzində dəstəklənir. Onlar öz etimadlılığı ilə fərqlənir”, – deyə Zaxarova qeyd edib.

Zaxarovanın sözlərincə, oktyabrın 13-də Moskvada keçirilmiş görüş Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına, Cənubi Qafqazda ümumi mühitin sağlamlaşdırılmasına, humanitar problemlərin həllinə, mədəni və dini obyektlərin qorunmasına xidmət edəcək.

Daha çox göstər
Back to top button