
Oktyabrın 14 -də MDB Nazirlər Şurasının iclasında iştirak etmək üçün Minskdə olan ER Xarici işlər naziri Ararat Mirzoyan Rusiya Xarici işlər naziri Sergey Lavrovla görüşüb.
ER Xarici işlər nazirliyinin rəsmisinin verdiyi məlumata görə, Ermənistan və Rusiyanın Xarici işlər nazirləri Ermənistan-Rusiya çoxşaxəli əməkdaşlığı və müttəfiqlik münasibətlərinin daha da inkişaf etdirməklə bağlı məsələləri müzakirə ediblər.
Mənbənin sözlərinə görə, həmsöhbətlər beynəlxalq regional təhlükəsizlik və sabitlik ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Ararat Mirzoyan və Sergey Lavrov Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələləri də müzakirə etmişlər.







