BaşlıcaBeynəlxalq

Hollandiya parlamenti Azərbaycanda vətəndaşlara qarşı təzyiqlərlə bağlıqətnamə qəbul edib

Sentyabrın 14 -də Hollandiya parlamenti demək olar ki, yekdilliklə Azərbaycanda müxalifətə – vətəndaşlara qarşı repressiyaların gücləndiyini bildirən qətnamə qəbul etdi.

Bu haqda azərbaycanlı münaqişə eksperti, hüquq müdafiəçisi Arif Yunusov Facebook səhifəsində yazıb.

“Sentyabr ayında Sülh və Demokratiya İnstitutumuz Hollandiyadakı senatorlara və millət vəkillərinə məktub göndərərək, Azərbaycanda insan hüquqlarının ağır vəziyyətə düşdüyünü, sentyabrın 1-də  ölkədə 122 siyasi məhbusun olduğunu vurğulayaraq işgəncə ilə bağlı konkret nümunələr göstərdi” –  deyərək  Yunusov qeyd edib.

İnstitut Hollandiya parlamentində Azərbaycanda insan hüquqlarının kobud şəkildə pozulmasının vəziyyəti ilə bağlı xüsusi dinləmə tələb edib.

“Məktub qəbul edildi və başa düşüldü. 2021 -ci il oktyabrın 14-də , müzakirələrdən sonra Hollandiya parlamenti, demək olar ki, yekdilliklə Azərbaycada  müxalifətə  və öz vətəndaşlarına təzyiq göstərməsinin gücləndiyini qətnamə qəbul etdi”  – deyərək  o, qeyd edib.

Yunusov deyib ki, dekabrda keçiriləcək Şərq Tərəfdaşlığı sammitində Nazirlər kabinetini Azərbaycanda insan hüquqlarının vəziyyətinin pisləşməsinə diqqət yetirməyə çağırmaq lazımdır.

Daha çox göstər
Back to top button