BaşlıcaSiyasət

İHM: “Yerasx kəndi gecə -gündüz Azərbaycan silahlı qüvvələri tərəfindən atəşə tutulur”

Ermənistan Respublikasının Ararat rayonunun Yerasx kəndi Azərbaycan silahlı qüvvələri tərəfindən həm gündüz, həm də gecə mütəmadi olaraq atəşə tutulmaqdadır

Bu haqda ER İnsan hüquqları müdafiəçisi Arman Tatoyan  qeyd edərək üstəlik  bir video da yayımlayıb.

“Bu gün 2021 -ci il  oktyabrın 15 -də saat 12: 00 radələrində kənd yenidən atəşə tutulub.

Azərbaycan hərbçilərinin iğtişaşları o həddə çatdı ki, saat 13:15 radələrində Yerasx camaatının 8000 hektar otu qəsdən atəşlə yandırıldı. Vətəndaşın il boyu heyvanlarını yemləmək üçün topladığı bütün ehtiyat ambarları yandırıldı. Hansını ki, vətəndaş əzab-əziyyətlə  il boyu toplayaraq heyvanlarıçün saxlayırdı.

Üstəlik, yanğın yayılmış vətəndaşın tövləsinin damını tam  yandırmışdır.Yalnız yanğınsöndürənlərin vaxtında müdaxiləsi nəticəsində vətəndaşın damının qalan hissəsi  söndürülmüşdür.

Bu məlumatlar ER İnsan Hüquqları müdafiəçisinə ünvanlanan xəbərdarlıqlar, toplanmış obyektiv sübutlar və bir neçə mənbə tərəfindən təsdiqlənmiş məlumatlar iləsübut  edildi.

 Bugünkü Azərbaycan Respublikası Ermənistan Silahlı Qüvvələrinin Yerasx kəndində Ermənistan Respublikasının əhalisini qoruyan mövqelərini atəşə tutması faktı Ermənistan Respublikası Müdafiə nazirliyi tərəfindən də təsdiqləndi.

Azərbaycan mövqelərinin kəndin yaxınlığında olduğunu nəzərə alsaq, azərbaycanlı əskərlərin kəndlilərə ziyan vurduqları, mülklərini məhv etdikləri, həyat və mülkiyyət hüquqlarını pozduqları, dinc həyat və təhlükəsizliyi pozduqları göz qabağındadır.

ER -nın Azərbaycanla sərhədi ətrafında silahsızlaşdırılmış təhlükəsizlik zonasının yaradılması, Azərbaycan  əskərlərinin ER kəndlərinin yaxınlığından dərhal çıxarılması və icmalar arasındakı yollar dərhal işləməlidir.

ER İnsan Hüquqları müdafiəçisinin bu təklifi artıq xüsusi bir beynəlxalq sənədə, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 2021 -ci il qətnaməsinə daxil edilmişdir.

Sentyabrın  27-də 2391 saylı (2021) qətnamədə  yer tapıb. Hüquq müdafiəçisi bununla bağlı beynəlxalq təşkilatlara, Ermənistan Respublikasının dövlət orqanlarına və vətəndaş cəmiyyəti təşkilatlarına da müvafiq hesabatlar göndərəcəkdir.

Aydındır ki, bu cinayətkar təcavüzlərin, insan hüquqlarının kobud şəkildə pozulmasının, onların qidalanma mənbəyinin əsası birdir: O  da Azərbaycan hakimiyyətinin anti-ermənilik və düşmənçilik siyasəti, etnik təmizləmə və soyqırımıdır.

Bu siyasətin institusional əsası var və günahkarlar cəzalandırılmadıqca pozuntular aradan qaldırılmayacaq, insanların təhlükəsizliyi təmin olunmayacaqdır” – deyərək o, yazıb.

Возможно, это изображение (դրսում և текст «The Human Rights Defender of Armenia Yeraskh village, Armenia 15.10.2021 The Azerbaijani military is deliberately setting fires to civilian houses of Armenia's Yeraskh village (Ararat province)»-ը)
Daha çox göstər
Back to top button