Hökumətin parlamentə təqdim etdiyi 2022-ci il dövlət büdcəsi layihəsinə əsasən, dövlət borcunun əhəmiyyətli dərəcədə azaldılması və vergi gəlirlərinin artırılması nəzərdə tutulur.
Bunu “Armenpress”-ə ER maliyyə naziri Tigran Xaçatryan büdcə barədə danışırkən deyib.
“2020-ci ilə nisbətən 2022-ci ilədək sabit makroiqtisadi siyasət üçün ön şərt olaraq borcun əhəmiyyətli dərəcədə azalmasını qeyd etmək niyyətindəyik”,-deyə o əlavə etdi ki, hökumət vergi gəlir imkanlarını əhəmiyyətli dərəcədə artırmağı planlaşdırır.
2022-ci il üçün proqnozlaşdırılan iqtisadi artım sürəti 7%-dir. Bu, hökumətin beş illik planının əsasını təşkil edən minimum qiymətdir.