Başlıcaİctimaiyyət

Azərbaycanda 5 müsəlman din xadimi saxlanılıb

“Azərbaycanın din xadimləri” ictimai birliyinin beş üzvü – Sərdar Babayev, Qədir Məmmədov, Cəlal Şəfiyev, Əli Musayev və Təmkin Cəfərov saxlanılıblar.

Onların hamısı maide.az saytı ilə əməkdaşlıq ediblər. Turan agentliyi yazır ki, onları oktyabrın 19-da axşam saat 16.00-dan 17.00-dək Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları saxlayıblar. Evlərdə axtarış aparılıb, kompüterlər və telefonlar götürülüb.

Bu gün səhər tezdən Şəfiyevlə Məmmədov sərbəst buraxılsalar da, bir neçə saatdan sonra onları yenidən saxlayıblar.

Dövlət Təhlükəsizliyi Xidmətindən şərh almaq mümkün olmayıb.

2017-ci ildə Masallıda Cümə məscidinin imamı olan Babayev dini mərasimlərin aparılması tələblərini pozmaqda ittiham olunaraq üç il müddətinə azadlıqdan məhrum edilib. Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar.

Saxlanılanların hamısı şiədir. Onların saxlanmasının səbəblərinə gəlincə, çox güman ki, hakimiyyət İranpərəst dairələrin mümkün fəallığının qarşısını alır.

Daha çox göstər
Back to top button