BaşlıcaSiyasət

Ruben Rubinyan AŞ Nazirlər komitəsinin demokratiya məsələləri üzrə məruzəçilər ilə görüşüb

ER parlamentinin sədr müavini, ER parlamentinin AŞPA-da  nümayəndəliyinin rəhbəri Ruben Rubinyan Avropa Şurası Nazirlər komitəsinin demokratiya üzrə məruzəçilər qrupunun rəhbəri, İsveçin AŞPA -dakı daimi nümayəndəsi Marten Ehnberqi qəbul etdi.

Görüşdə AŞPA –da  ER parlamentinin nümayəndə heyəti  üzvləri Vladimir Vardanyan və Sona Ğazaryan da görüşdə iştirak etmişlər.

Qonaqları salamlayan Ruben Rubinyan Avropa Şurası ilə əməkdaşlığı mühüm hesab edib. Eyni zamanda ölkəmizin demokratik islahatlar prosesinə təşkilatın dəstəyini yüksək qiymətləndirmişdir.

44 günlük Artsax müharibəsi, onun humanitar nəticələri və Azərbaycanda saxlanılan erməni hərbi əsirlərin dərhal geri qaytarılması ilə bağlı məsələlər müzakirə edilmişdir.

Erməni millət vəkilləri Azərbaycanın anti-erməni təbliğatından danışmış və bu kontekstdə bölgənin davamlı inkişafı üçün təhlükəli ola biləcək nəticələrə işarə etmişlər.

Ruben Rubinyan  noyabrın 9-da  keçirilən hərbi əməliyyatın üçtərəfli bəyanatla bitməsinə baxmayaraq vəziyyətin qeyri -sabit qaldığını qeyd etdi.

Bu, bəyanatda Azərbaycanın götürdüyü öhdəliklərin yerinə yetirilməməsi, Ermənistanın suveren ərazilərinə olan istəkləri və yeni güc tətbiq təhlükəsi ilə əlaqədardır.

Ermənistanda müxtəlif istiqamətlərdə gedən demokratik islahatlara toxunulmuşdur.

 Məhkəmə sistemində aparılan islahatlardan danışan Avropa Şurasının nümayəndələri Ermənistanda müstəqil məhkəmə sisteminin təkmilləşdirilməsinə dəstək verməyə hazır olduqlarını bildirdilər.

Fransa, Rusiya, İsveçrə, Finlandiya, Estoniya, Andorra, İslandiya səfirləri və AŞ katibliyinin nümayəndələri də nümayəndə heyətinin tərkibində Ermənistana gəlmişlər.

Daha çox göstər
Back to top button