BaşlıcaEkonomika

Rusiya Ermənistan iqtisadiyyatına 1 milyard dollar sərmayə qoyur

“Rusiya Ermənistana qarşıdakı dövrdə 1 milyard dollara yaxın sərmayə qoymağı nəzərdə tutur”.

Bunu 8-ci Ermənistan – Rusiya Regionlararası Forumu çərçivəsində keçirilən brifinqdə Rusiya iqtisadi inkişaf nazirinin müavini Dimitriy Volvaç bildirib.

“Statistikaya görə hazırda Ermənistana qoyulan xarici sərmayələrin 40 faizi Rusiyadandır. Məncə, bu rəqəmin belə səviyyədə qalacağı çox məntiqli olar. Təbii ki, başqa ölkələrdən, başqa tərəfdaşlardan da sərmayələr gəlir, amma Rusiyanın, Rusiya sahibkarlarının Ermənistan iqtisadiyyatındakı mövqelərini, əhəmiyyətini saxlayacağına inanıram” – nazir müavini deyib.

Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikov yaxın illərdə Rusiya şirkətlərinin Ermənistan iqtisadiyyatına 1 milyard dollara yaxın sərmayə qoymağa hazır olduqlarını təsdiqləyib: “Aramızdakı ticarət dövriyyəsi pandemiyadan əvvəlki səviyyəsini keçib, Rusiya şirkətləri Ermənistanda ən iri vergi ödəyiciləridir”.

Daha çox göstər
Back to top button