BaşlıcaSiyasət

ER Baş naziri və Cənubi Qafqaz məsələləri üzrə AB xüsusi nümayəndəsi DQ münaqişəsinin nizamlanması məsələsinə toxunub

Oktyabrın 21-də Baş nazir Nikol Paşinyan AB-nin Cənubi Qafqaz və Gürcüstanda böhran məsələləri üzrə xüsusi nümayəndəsi Toivo Klaarı və başçılıq etdiyi nümayəndəliyi qəbul edib.

Ermənistan hökumətinin rəsmisi jurnalistə bildirib ki, Baş nazir Ermənistan-Avropa Birliyi dialoqunun dinamik aktivləşməsindən məmnunluğunu ifadə edib və qeyd edib ki, Ermənistan AB ilə tərəfdaşlığın davamlı inkişafına önəm verir.

AB-nin xüsusi nümayəndəsi Baş nazir Paşinyana Avropa Birliyi Şurasının  rəhbəri Şarl Mişelin səmimi salamlarını çatdıraraq, AB-nin Ermənistanla tərəfdaşlığı dərinləşdirməyə sadiq olduğunu qeyd edib.

ER Baş naziri və AB-nin xüsusi nümayəndəsi ikitərəfli münasibətlərin gündəliyi ətrafında fikir mübadiləsi aparıblar. Müxtəlif meyarlar, o cümlədən Şərq Tərəfdaşlığı proqramı çərçivəsində əməkdaşlığın inkişafı perspektivləri müzakirə edilib.

Həmsöhbətlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması və bir sıra regional əhəmiyyətli məsələlərə toxunublar. Tərəflər ATƏT Minsk Qrupunun həmsədrləri çərçivəsində danışıqlar prosesinin bərpasını müzakirə edərək, bu tədbirin əhəmiyyətini vurğulayıblar.

Toivo Klaar vurğulayıb ki, Avropa Birliyi regionda sülh və sabitliyə töhfə verəcək etimad və dialoq mühitinin yaradılması prosesini dəstəkləməyə hazırdır.

Daha çox göstər
Back to top button