Bu gün Ermənistan və Rusiya qoşunlarının birləşmiş hərbi qrupunun taktiki hərbi təlimləri başlayıb.
Birləşmiş qrupun komandiri, general-leytenant Tigran Parvanyan “Sputnik Armenia”nın müxbirinə bildirib ki, təlimdə həm Ermənistan Silahlı Qüvvələrinin Xüsusi Ordu Korpusu, həm də Rusiya 102-ci hərbi bazasının gücləndirilmiş bölmələri iştirak edir.
General eyni zamanda vurğulayıb ki, oxşar təlimlər birgə təlim planına uyğun olaraq bir neçə dəfə keçirilib.
Bu günkü hərbi təlimlər zamanı bir neçə ssenari tərtib ediləcək. Təlimə çoxlu sayda hərbi texnika, xüsusən də tanklar, piyadanın döyüş maşını, artilleriya cəlb olunub. Aktiv mərhələdən sonra nəticələr ümumiləşdiriləcək və müvafiq təlimatlar veriləcəkdir.