BaşlıcaSiyasət

Taktiki hərbi təlimlər: Şərti düşmənin atəş nöqtələri aşkar olunaraq məhv edilib

Oktyabrın 21-də N saylı hərbi hissəyə tabe olan hərbi hissələrdən birində şəxsi heyətin səhra hazırlığının artırılması, hərəkətlərin  anlaşılması və  qarşılıqlı əməkdaşlığın inkişafı məqsədilə taktiki hərbi təlim keçirilib.

Müdafiə nazirliyindən verilən məlumata görə, bölmələr göstərişlərə uyğun olaraq qarşıya qoyulan tapşırıqları yerinə yetirərək şərti düşmənin atəş nöqtələrini vurublar.

Komandanlıq təlimə cəlb olunan şəxsi heyətin hazırlıq səviyyəsini və əməkdaşlığı yüksək qiymətləndirib.

Daha çox göstər
Back to top button